Raung vulkanı fəaliyyətə keçdi

İndoneziyanın ən önəmli turizm bölgəsi olan Bali adası yaxınlığında yerləşən Raung vulkanının fəaliyyətə keçməsi regionaa təhlükə həyəcanı verilib. Vulkanın 3 kilometr çevrəsində yaşayan təxminən 800 nəfər təhlükəsiz yerlərə təxliyə edilib.
 
Maide.az xəbər verir ki, İndoneziya Milli Fəlakət Zərərlərini Azaltma Agentliyi sözçüsü Sutopo Purvo Nugroho vulkanın fəaliyyətə keçdiyini, ancaq hər şeyin nəzarət altında olduğunu açıqlayıb.
 
Vulkandan püskürən kül təbəqəsinin hündürlüyü 4 kilometrə çatarkən bölgədəki 18 təyyarə reysinin ləğv edildiyi bildirilib.
 
"Sakit okean atəş çevrə"si zəlzələ və vulkan qurşağında yerləşən İndoneziyada 120-dən çox aktiv vulkan var.

Google+ WhatsApp ok.ru