Avropa İttifaqının sərhədlərində 107 min mühacir toplaşıb

Avropa İttifaqına daxil olan ölkələrin sərhədlərində toplaşan mühacirlərin sayı ilk dəfə olaraq 100 mini keçərək, 2015-ci ilin iyulunda 107 min nəfər təşkil edib.
 
Bu barədə Aİ-nın “Frontex” agentliyinin açıqlamasında bildirilir.
 
Agentliyin məlumatına əsasən, 50 minə yaxın insan Egey dənizinin Yunanıstana məxsus adalarında müvəqqəti olaraq məskunlaşıb. İtaliyaya Eritreya və Nigeriyadan gələn mühacirlərin sayı 20 min nəfər təşkil edir. Macarıstan hökuməti ölkəsinə 35 minə yaxın mühacirin gəldiyini bildirib.
 
Ümumilikdə, 2015-ci ildə Avropa İttifaqının sərhədlərinə gələn mühacirlərin sayı 340 min nəfərdir. Qeyd olunur ki, 2014-cü ildə mühacirlərin sayı 280 min təşkil edib.
 
Frontex-in hesablamalarına görə, qanunsuz mühacirlərin əksəriyyəti Suriya və Əfqanıstan vətəndaşlarıdır. Onların Yunanıstana Türkiyədən keçərək gəldiyi bildirilir. 

Google+ WhatsApp ok.ru