Suriyada öldürülən mülki vətəndaşların sayı açıqlanıb

Suriyada müharibə başlayandan bəri, yəni ötən 5 ildə 180 455 mülki vətəndaş itkin düşüb, 216 070 mülki vətəndaş isə silahlı münaqişənin qurbanı olub.
 
Bu haqda Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb.
 
Məlumatda bildirilib ki, mwnaqişədə 207 384 nəfəri öldürüb. Onlardan 178 491-i mülki vətəndaş, o cümlədən 18 437-si uşaq, 18 627-si qadındır. 11 491 nəfər işgəncələrin qurbanı olub.
 
Hesabata əsasən, terrorçulardan ölənlərin sayı 28 893 nəfərdir. Münaqişə zamanı şəhər, xəstəxana, məktəb, məscid, kilsələrə ümumilikdə 2 milyon 900 min yerə xəsarət dəyib, 920 min mülki bina bombardman nəticəsində dağıdılıb. 

Google+ WhatsApp ok.ru