Avropa Şurası suriyalı qaçqınlara pul ayıracaq

Müharibə nəticəsində evlərindən didərgin düşən suriyalı qaçqınlar Avropa Şurasından 180 milyon dollar məbləğində humanitar yardım alacaqlar.

Maide.az xəbər verir ki, Avropa Şurası Komissiyasının məlumatına görə, ayrılan məbləğdən 41 milyonu Suriya daxilində yaşayışa sərf ediləcək, 66 milyon İordaniyada məskunlaşmış suriyalı qaçqınlara və 73 milyon Livandaki suriya qaçqınlarına veriləcək.

Xatıqladaq ki, BMT-nin Ümumdünya Qida Proqramı elan etmişdi ki, İordaniya, Livan və Türkiyədə məskunlaşmış 1,7 milyon qaçqın yerli mağazalardan məhsul almaq üçün çekləri artıq əldə edə bilməyəcəklər. Bu səbəbdən çoxlu sayda ailələri aclıq gözləyir.

Ümumdünya Qida Proqramının icraçı direktoru Ertarin Kuzin ölkələri maliyyə problemini həll etməkdə köməyə çağırıb. O, bildirib ki, Qida Proqamına dəstəyin olunmaması onsuz da çətinlikdə yaşayan suriyalıların aqibətini faciəvi sonlandıra bilər.

Qeyd etmək lazımdır ki,  qaçqınların əksəriyyəti soyuq qış aylarına hazırlıqsız olan çadırlarda yaşayırlar.

Google+ WhatsApp ok.ru