Avropaya çatan mühacirlərin sayı yarım milyonu ötüb

Beynəlxalq Miqrasiya Təşkilatı bu il Aralıq dənizini keçərək Avropaya çatan qaçqınlar barədə açıqlama yayıb

Beynəlxalq Miqrasiya Təşkilatından (IOM) verilən açıqlamada 2015-ci ilin əvvəlindən bəri Yunanıstana 388 min 324, İtaliyaya isə 130 min 891 mühacirin gəldiyi bildirilir.
 
Maide.az xəbər verir ki, açıqlamada, "Aralıq dənizini keçərək Avropaya çatan mühacir sayı 522 min 134-ə çatıb" deyilir.
 
Balkanlara gələn qaçqınların 75 faizini suriyalıların təşkil etdiyi qeyd edilən açıqlamada, Suriyadan gələn qaçqınlardan sonra əfqan və iraqlılar üstünlük təşkil edir.

Google+ WhatsApp ok.ru