İŞİD-dən sonra İslama ən böyük zərbəni Səudiyyə Ərəbistan vurub

İŞİD-dən sonra İslama ən böyük zərbəni Səudiyyə Ərəbistan vurub və biz öz xalqımızın hüquqlarını qorumaqdan heç vaxt geri addım atmayacayıq. Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.
Maide.az xəbər verir ki, Ə . Şamxani deyib ki, bu hadisəni törətməkdə təqsirli bilənənlər müəyyən edilməli və cəzalandırılmalıdırlar.
Ə.Şamxani deyib ki, Minada baş verən hadisə qəsdən törədilməyib, lakin bu mərasimin keçirilməsi zamanı o qədər çox səhlənkarlıq olub ki, onun qəsdən tördilməsi şübhəsi yaranır. “Səudiyyə Ərəbistan bütün gücünü Yəmənlə müharibəyə yönəldib və ona görədə Həcc mərasiminin təşkili və idarəetməsini həyata keçirmək gücünə malik deyil. Bundan başqa Səudiyyə ABŞ və Sionist rejim əleyhinə şüarların səsləndirilməməsinə daha çox diqqət ayırırlar, elə buna görədə məraismin təhlükəsizliyini təmin edə bilmədilər.”
Qeyd edək ki,  Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 4173-dən artıq zəvvar ölüb, 2000-dən çox insan isə yaralanıb. Son statistikaya görə, Minada baş verən hadisədə 239 iranlı zəvvar ölüb və 240-dan çox iranlı zəvvar isə itkin düşüb. /

Google+ WhatsApp ok.ru