Avstraliyada ən böyük müsəlman qəsəbəsi tikilir

Avstraliyanın Cənubi Melton şəhərində müsəlman immiqrantlar üçün ən böyük qəsəbə tikiləcək.
 
Maide.Az xəbər verir ki, “İqrə” yaşayış  massivində  müsəlman immiqrantlar üçün  75  yaşayış evi  tikiləcək və qəsəbədə  məsciddə  tikiləcək. 
 
Avstraliya  İslami Şurasının Maliyyə məsələləri üzrə məsul şəxsi Qeysər  Terad  deyib ki, müsəlmanlar  onlara qarşı heç bir ayrıseçkilik və irqçi hərəkətlər olmayan bir mühitdə yaşaması üçün bu qəsəbədə şərait yaranacaq. 
 
O əlavə edib ki, bu kimi qəsəbələrin salınması  məscidlər və  İslami məktəblərin  də  qeyri-müsəlman qonşuların etirazı ilə üzləşmədən çoxalmasına şərait yaradacaq. 
 

Google+ WhatsApp ok.ru