Kədər və Suriyalı uşaqların sevincli baxışları: Obyektivin gözü ilə

Beş il ərzində Suriyada gedən müharibə zamanı 270 min insan dünyasını dəyişib.

Maide.Az İslam.ru-ya istinadən xəbər verir ki, bunlardan 80 mini dinc əhalidir ki, bunun da 13 500-nu uşaqlar təşkil edir. 

BMT-nin məlumatına görə, müharibə başlayandan bu yana 4-milyon insan öz torpaqlarını tərk edib. Bundan əlavə, yeddi milyon yarım insan isə Suriyada evsiz yaşayır. Bunların yarısını isə uşaqlar təşkil edir.

Suriyalı uşaqlar baş vermiş vəhşiliklərə baxmayaraq, uşaqlıqalarını davam etdirirlər. Qorxu zamanı ağlayan uşaqlar, günəş şuası, havaya qalxan şar və yellənçək gördükləri zaman, öz sevinclərini hər kəslə bölüşürlər.

Gənc fotoqrafın obyektivinin gözü ilə sizlərə Suriyalı balacaların sevincli anlarını təqdim edirik:  /

Google+ WhatsApp ok.ru