Avstraliyada  müsəlmanlar üçün ilk qocalar evi

Avstraliyada müsəlmanlar üçün ilk qocalar evi

Sidneydə müsəlmanlar üçün ilk qocalar evi tikilir. 
Maide.Az xəbər verir ki,  Qalipuli məscidinin yaxınlığında tikilcəək qocalar evində müsəlman qocalara xidmət göstəriləcək. 
Məscidin rəsmilərindən olan Nihal Ovkan deyib ki, qocalar evində bütün yaşlılara xidmət göstəriləcək lakin əsas məqsədimiz Sidney şəhərindəki yaşlı müsəlmanların ehtiyaclarını təmin etməkdir.  “Qocalar evi məscidin yaxınlığında yerləşdiyi üçün insanlar məscidə ibadətə gələrkən qocalar evinə də baş çəkə biləcək və oradakı insanlarla görüşə biləcəklər”. 
Avstraliyada yaşayan müsəlmanlar müxtəlif ölkələrdən olduğu üçün qocalar evində ərəb, türk, hind və ordu dillərini bilən işçilər çalışacaq. 
Avstraliya əhalisinin 22 faizini müsəlmanlar təşkil edir. 
 

Google+ WhatsApp ok.ru