Böyük Britaniya məktəblərində  oruc tutan şagirdlər üçün xüsusi şərait yaradılıb

Böyük Britaniya məktəblərində oruc tutan şagirdlər üçün xüsusi şərait yaradılıb

Qeyri-adi xidmət Böyük Britaniyanın bütün dövlət məktəblərində fəaliyyət göstərir.
 
Maide.Az xəbər verir ki, müqəddəs Ramazan ayı öncəsi  müsəlman valideyinlərə sms gəlir ki, bu il onun övladı oruc tutacaq?
 
Məktəb rəhbərliyinin sualı ünvanlamaqda məqsədi tələbəni günorta naharına göndərib, göndərməməyi ilə əlaqədardı.
 
Bundan əlavə, təhsil ocaqlarının direktorları oruc tutan uşaqlar üçün Fitr bayarmı günü şənlik təşkil etmək niyyətindədir.
 
Bütün Böyük Britanyanın təhsil ocaqlarında orta məktəblərdən, Universtetlərə kimi hamısında ayrıca ibadət otaqları(namaz otağı) mövcuddur. Günün istənilən vaxtı onlar ibadət etmək üçün bu otaqlardan istifadə edə bilərlər.
 
Daha bir vacib xüsusiyyəti ondan ibarətdir ki, hər bir məktəbə daxil olan uşağın valideyinindən onun qidası barədə soruşulur. Menyu fərd olaraq hər bir insan üçün ayrıca tətbiq olunur. Səbəb isə tibbi və dini qaydalara görədir.
 
Müsəlmanlar yaşayan rayonların məktəblərində ayrıca "halal qida"lar mövcuddur. Müsəlmanların az  yaşadığı əyalətlərdə isə halal-harama riayət etmək üçün onlara veqeteryan menyusundan istifadə etmək məsləhət görülür. /

Google+ WhatsApp ok.ru