Avstraliyada Quranı və İncili təhqir edən reklam çarxlarından imtina edildi

 
Avstraliyada bir reklam şirkəti Melburn, Sidney və Brizben şəhərlərində Quranın və xristianların müqəddəs kitabını təhqir edən reklam lövhələrinin quraşdırılmasından imtina etdi.
Maide.az xəbər verir ki, bu çarxlarının Amerikalı ateist yazıçı “Sem Heris”- in 2016-cı ilin yanvarında Avstraliyaya gəlişi və bu ölkənin bəzi şəhərlərinə səfəri ilə bağlı quraşdırılması gözlənilir.
Bu reklam lövhələrinin Qurana və İncilə qarşı təhqiramiz məzmunları da Herisin kitablarından götürülmüşdür.
İctimai nəqliyyat vasitələrində və şəhərdə reklam çarxlarının quraşdırılması və reklam kampaniyalarının aparılması üzrə ixtisaslaşan Avstraliyanın şəhər reklam nəhəngi APA Outdoor bu təhqiredici reklamların quraşdırılmasından imtina edib.
Şirkət bildirib ki, sözügedən çarxlar şəhər Media Dərnəyinin etika kodeksinə ziddir, çünki bu Etika Məcəlləsində dinlərə qarşı mənfi təsəvvürlər yaratmaq qadağan edilir.
Sem Herisin reklam kampaniyasının rəhbərləri Avstraliyanın bu nəhəng reklam şirkətindən cavab aldıqdan sonra iddia ediblər ki, bu şirkətin münasibəti onları təəccübləndirib.
Onlar belə bir iddia irəli sürüblər: Bəlkə də kimsə bu reklamdan narahatlıq keçirə bilər, ama bu onun subyektiv düşüncəsidir. Biz istəyirik ki insanları məntiqi dialoqa vadar edək və bizim məqsədimiz təhqir deyil. Bu şirkətin addımı senzuradır.
Müsəlman və xristian rəhbərlərin reaksiyası
Avstraliya Dini İcmalar Şurasının müdiri keşiş Ian Smith bununla bağlı deyib: Bu kampaniya bir şüardır və nifrət yayılması məqsədi ilə hazırlanmışdır.
O qeyd edib ki, Quran haqqında reklamda vermək istədikləri məzmun həqiqətən də iyrənc və təhqiramiz idi və məqsədləri də elə buna qulluq edirdi, İsa peyğəmbər haqqında yerləşdirmək niyyətində olduqları mözvu isə kilsələrin 90 faizinin narahatlığına səbəb olacaqdı.
Viktoriya əyaləti İslam Şurasının direktoru "Korando Site" də bu reklamın yerləşdirilməməsini yüksək qiymətləndirərək qeyd edib ki, bu kimi reklamların bizim cəmiyyətdə yeri yoxdur və yalnız təhqir etmək və Avstraliya xalqının müxtəlif təbəqələri arasında olan həmrəyliyi yox etmək üçün planlaşdırılıb.  /
 

Google+ WhatsApp ok.ru