Almaniyada casusluq ittihamı ilə bir iranlı saxlanıldı

Almaniya polisi 31 yaşlı bir iranlını casusluqda ittiham edərək həbs edib. 
Maide.az xəbər verir ki,  saxlanılan Meysəm M. adlı şəxs İrana zidd qruplaşmalardan Tehran üçün casusluqda ittiham olunur. O oktyabrın 23-də  Berlində saxlanılıb. 
Məlumatda qeyd olunub ki, Meysəm M. 2013-cü ildən Almaniyada fəaliyyət göstərən İrana zidd terrorçu qruplaşmalar haqqında Tehran üçün işləyirmiş. Onun evində  və digər beş nəfərin evində axtarış aparılıb. /
 
 

Google+ WhatsApp ok.ru