Avstraliya höküməti İslam məktəblərini büdcəni kəsməklə hədələdi 13 Noyabr 2015 02:00 Dünya Avstraliya höküməti ölkədə fəaliyyət göstərən 6 İslam mkətəbini “zəif idarəçilik və maliyyə təsərrüfatı, habelə fundamental təlimlər keçmək” bəhanəsi ilə Federal büdcədən məhrum etməklə təhdid etdi. Maide.az xəbər verir ki, Avstraliyanın Təhsil naziri Senator Simon Birmingham bugün, 13 noyabrda yaydığı açıqlamada bildirib: Əgər ölkədəki 6 İslam məktəbi öz fəaliyyətlərini Federal təhsil qanunları və tələbləri ilə uyğunlaşdırmasalar, onlara ayrılan dövlət büdcəsinin kəsilməsi ilə üzləşəcəklər. Avstraliya İslam Şuraları Federasiyasına bağlı olan bu 6 məktəbin adları aşağıdakılardır: Brisban İslam Kolleci, Melborn İslam Kolleci, Cənubi Avstraliya İslam Kolleci, Kanberra İslam Məktəbi, Langford İslam Kolleci və Kral Fəhd adına İslam Kolleci. Hal-hazırda bu məktəblər Mərkəzi və Federal hökümətdən bütövlükdə 45 milyon dollar maliyyə yardımı alırlar. Senator Birmingham deyib: Aparılan yoxlama və müşahidələr nəticəsində məlum olub ki, həmin məktəblər idarəetmə və maliyyə baxımından ölkənin təhsil qanunlarına əməl etmirlər. O əlavə edib: Avstraliya məktəbləri ən yüksək standartlara əməl etməli və onlara ayrılan maliyyə mənbələri şagirdlərin faydalanması istiqamətində xərclənməlidir. / Teqlər : #Avstraliya höküməti İslam məktəblərini büdcəni kəsməklə hədələdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yerdə gəzən məmurlar - VİDEO Səncar şəhəri azad edildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO