Səncar şəhəri azad edildi

İraq televiziyası bu ölkənin Neynəva vilayətinin qərbində yerləşən Səncar şəhərinin tamamilə azad edildiyi haqda xəbər yayıb.
 
Maide.az xəbər verir ki, İraq KİV-ləri Kürd Peşmərgə qüvvələrinin Səncar şəhərinə nəzarəti tam ələ aldığını və İŞİD terrorçularının şəhərdən qovulduğunu yazır.
 
Məlumata görə, Peşmərgə qüvvələri cümə günü səhər saatlarından başlayaraq bu strateji şəhəri nəzarəti ələ alıb və məhəllələrin terrorçulardan təmizlənməsinə başlayıb.
 
Kürd Peşmərgə qüvvələri cümə axşamı günü Səncar şəhərinin azad edilməsi istiqamətində geniş əməliyyatlara start veriblər ki, ilk saatlardan 5 kəndin təmizlənməsinə və İraqın Neynəva əyaləti ilə Suriyanın Həske vilayəti arasındakı 47 saylı magistral yolun açılmasına nail olublar. /
 

Google+ WhatsApp ok.ru