Avstraliyanın İslami muzeyi insanları maarifləndirməyə çalışır

Avstraliyanın Viktoriya əyalətinin Turenberi şəhərində yerləşən İslami muzeyi (İMA) insanları maarifləndirməyə və anti-İslam təəsübkeşliyi aradan qaldırmağa çalışır.
 
"ABC news" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Avstraliyanın Viktoriya əyalətinin Turenberi şəhərində yerləşən İslami muzeyi (İMA) cəmiyyəti maarifləndirmə sahəsində mühüm mərkəzlərdən birinə çevirilib və insanları maarifləndirməyə və anti-İslam təəsübkeşliyi və mənfi önmühakimələri aradan qaldırmağa çalışır.
 
Bu muzey 2014-cü ildən rəsmi istifadəyə verildikdən sonra indəyədək 20 min nəfər ziyarətçiyə evsahibliyi etmişdir ki, bunlardan 200-ü İslami və qeyri –İslami məktəblərin şagird və tələbələrinin qrup şəkilində ziyarətinin təşkili olmuşdur.
 
Mustafa Fəhur – bu muzeyin təsisçisi, deyir: Biz çalışırıq ki, cavan təbəqə ilə əlaqələr yaradaraq onlara həqiqi İslam maarifini öyrədək ki, anti-İslam medianın məhsulu olan əks-təbliğatlara və uydurulmuş və təhrif olunmuş və İslam adına deyilən sözlərə gözüyumulu inanmasınlar.
 
Avstraliya cəmiyyətində müsəlmanların anti-islam hücumlara məruz qaldığı və müsəlmanların əleyhinə irqçilik təəssübatlarının artdığı bir zamanda bu muzey həqiqi İslam maarifini insanlara təqdim etməklə insanları bu ilahi din ilə tanış edir, cavanların radikallığının və ifratçılığının qarşısını alır. (iqna)

Google+ WhatsApp ok.ru