Tehranda ilk Cənubi Koreya bankı fəaliyyətə başladı

Cənubi Koreyanın ilk  bankı Tehranda fəaliyyətə başlayıb. 

Maide.Az  xəbər verir ki, Cənubi Koreyanın WOORI BANK -ın nümayəndəliyi  ötən gün Tehranda fəaliyyətə başladı.

Bu Cənubi Koreyanın İranda fəaliyyət göstərən ilk bankıdır.  

 Cənubi Koreya prezidentinin  Tehrana səfəri zamanı  İran və Cənubi Koreya arasında  19 əməkdaşlıq sənədi imzalanıb. Sənədlərə əsasən   iki ölkə arasındakı ticarət dövriyyəsi  mövcud 6 milyard dollardan 18 milyard dollara qədər artırılması haqqında razılıq əldə olunub. 

Google+ WhatsApp ok.ru