Avstraliya Parlamentinin qarşısında silahlı şəxs həbs olundu

Avstraliya təhlükəsizlik mənbələri bu səhər parlament binası qarşısında silahlı şəxs həbs etdiklərini açıqladı.
 
Maide.az xəbər verir ki, Avstraliya Parlament binası qarşısında şübhəli hərəkətləriylə diqqət çəkən bir şəxs həbs olundu. Həbs olunan şəxsin üzərində bıçaq çıxıb.
 
Bildirilir ki, təhlükəsizlik qüvvələri sözügedən adamı təslim olmağa çağırsa da, o özünü müdafiə etməyə cəhd göstərib və polis şübhəli şəxsin müqavimət göstərdiyini gördükdə elektroşok tətbiq edərək onu zərərsizləşdiriblər. 
 
Avstraliya Xarici İşlər naziri Julie Bishop açıqlamasında hər şeyin tam şəkildə nəzarət altında olduğunu, narahatlığa səbəb yaradacaq vəziyyətin baş vermədiyini söyləyib. 

Google+ WhatsApp ok.ru