İraqın Samirra şəhərində terrorçu-kamikadze özünü partlatdı, ölən və yaralananlar var

Bu gün səhər İraqın Samirra şəhərində İŞİD terrorçu qruplaşmasının üzvi terrorçu-kamikadze özünü partladıb.
Maide.az-ın İraq KİV-lərinə istinadən məlumatına görə, partlayış nəticsəində İraq təhlükəsizlik qüvvələrindən 5 nəfər ölüb, 41 nəfər yaralanıb .
Kamikadze idarə etdiyi avtomobili Samirra şəhərində İŞİD terrorçu qüvvvələri ilə mübarizə aparmaq üçün toplaşan təhlükəsizlik qüvvələri və könüllülərin  üzərinə sürüb və partladıb. Yaralılar xəstəxanaya çatdırlıb.
Məlumata əsasən, Samirra şəhərinən şimal bölgəsində İraq təhlükəsizlik qüvvəlləri və İŞİD terrorçuları arasında atışma baş verib. Atışma zamanı 15 İŞİD üzvi öldürülüb və İŞİD-ə aid iki avtomobil məhv edilib./

 

Google+ WhatsApp ok.ru