Avstriya 5 min qaçqına baxa bilmır

Ölkələrindəki münaqişələr və yoxsulluqdan xilas olmaq üçün minlərlə kilometr yol keçib Avstriyaya çatan 5 min qaçqın, bu ölkədə yerləşdirildikləri 2 min 300 nəfərlik qaçqın qəbul mərkəzində pis şərtlər altında yaşayır. Bəzi qaçqınlar çadırlarda qaldığı halda, bəziləri kifayət qədər yer olmadığı üçün gecəni şəhərciyin həyətində keçirir.
 
Maide.az xəbər verir ki, Avstriyadakı Traiskirchen Qaçqın Qəbul Mərkəzində qalan qaçqınlar Beynəlxalq Amnistiya Təşkilatının qiymətləndirməsinə görə "qeyri-insani şəraitdə" həyatlarını davam etdirir. Tutumundan artıq mühacir qəbul edilən düşərgədə demək oalr ki, addım atmağa yer qalmayıb.
 
Gecələr çöldə yatan mühacirlər gündüzləri də qəsəbə daxilindəki parklarda və küçələrdə qalır. Ən çox Suriya, İraq, Əfqanıstan və Somalidən gələn qaçqınlar, Avstriyalılar, kilsə və qeyri-hökumət təşkilatlarından gələn yardımlarla yaşayırlar.

Google+ WhatsApp ok.ru