Ali Radanın qarşısında qumbara partladılıb -Yenilənib-Video

Son məlumatalara görə, Ali Radanın qarşısında əl qumbarası partladılıb və nəticədə Milli Qvardiyanın binanı qoruyan bir neçə hərbçisi xəsarət alıb.
 
Deputat Anton Herashchenko Facebook səhifəsində onlardan bir neçəsinin həyatının təhlükədə olduğunu yazır.
 
“112 Ukraina” televiziya kanalının məlumatına görə qumbaranı hakimiyyətin mərkəzsizləşdirilməsinə qarşı çıxan aksiyaçılardan biri atıb.
 
Bundan əvvəl aksiyaçılar polis səddini yararaq binaya soxulmaq istəyib.Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Milli Qvardiya toqquşmada 50-ə yaxın hərbi qulluqçunun xəsarət aldığını bildirir. /

Google+ WhatsApp ok.ru