Avstriyada şiələrin siyahıya alınması keçirilir

Avstriya şiə cəmiyyətinin dini fəaliyyətini davam etrililməsi məqsədi ilə İmam Əli (ə) adına İslam Mərkəzi Venada Əhli-Beyt (ə) tərəfdarlarını siyahıya alır. 
Maide.az-ın məlumatına görə, bir neçə həftə öncə Avstriya höküməti müsəlman icmasına xəbər vermişdi ki, bütün müsəlman icmaları ləğv ediləcək. 
Yeni qərara əsasən, dini təşkilatın rəsmi şəkildə qəbul olunması üçün ən azı təşkilatda 300 üzv olmalıdır. 
Avstriya hakimiyyəti  müsəlmanların fikir və təkliflərini komissiyaya bildirmələri üçün qərarla bağlı onlara məlumat verib. 
Qanun layihəsi Avstriya parlamentində müzakirə olunacaq, təsdiqləndikdən sonra isə həyata keçiriləcək. 
Buna görə də, Avstriyanın müxtəlif dini təşkilatları üzvlərinin siyahısını təşkil edir. 
İmam Əli (ə) adına İslam Mərkəzi Avstriyada yaşayan bütün şiələri siyahıya alıb və onlara müraciət edərək bildirib ki, mərkəzin rəsmi saytından qeydiyyatdan keçərək onlara komək etsinlər. // 

Google+ WhatsApp ok.ru