Avstriyada İslam əleyhinə təbliğat aparan danimarkalıya həbs cəzası verildi

Maide.az xəbər verir ki, Avstriyada Vyana Məhkəməsi internetdə "nasist təbliğatı aparma və dini təlimləri təhqir" ittihamı ilə mühakimə olunan və adı açıqlanmayan 32 yaşlı danimarkalı barəsində 2 il həbs cəzası çıxarıb.
 
İnternetdə sağ ekstremistlərlə mübarizə aparan anti-faşist bir qrup danimarkalının irqçi və İslam əleyhdarı ifadələr işlətdiyini müəyyən etmiş və mühakimə olunması üçün iddia qaldırmışdı.
 
Hakim Corc Olschak dini alçaltmağın son dərəcə aqressiv mövqe olduğunu və dini təhrik cinayəti törədən tələbənin iki il həbs cəzasına layiq olduğunu deyib. Prokurorluq isə cəzanı az hesab edərək, artırılması üçün apelyasiya şikayəti verib. 

Google+ WhatsApp ok.ru