Avstriya müsəlmanları ölkənin parlamenti qarşısında etiraz aksiyası keçirib

Avstriya müsəlmanları bu ölkənin parlamenti qarşısında etiraz aksiyası keçiriblər. 
Maide.az xəbər verir ki, etiraz aksiyasında Avstriya İslami və Mədəni İcma üzvləri və sakinlər iştirak edib. Onlar 
Avstriya parlamentinin ölkənin İslam haqqında qanununa etdiyi dəyişiklərə etiraz ediblər. Etirazçılar parlamentin qəbul etdiyi yeni qanunu pisləyib və bəyanat qəbul ediblər. Bəyanatda bildirilir ki, yeni qəbul edilmiş qanun beynəlxalq insan haqqları və Avstriya konistitusiyasına zidddir.  
Etirazçılar parlamentin qəbul etdiyi yeni qanunun tez bir zamanda islah olunmasını tələb ediblər. 
Avstriya müsəlmanları  yeni qəbul edilmiş qanuna etiraz əlaməti olaraq  Avropa İnsan Haqları Məhkəməsi qarşısında da etiraz edəcəklərini elan ediblər. 
Avstriya parlamenti ötən gün ölkənin İslam haqqında 1912-ci ildə qəbul edilmiş qanununa dəyişiklər layihəsi qəbul edib.
Radikal islamçılarla mübarizə aparmağı da nəzərdə tutan qanun layihəsi müsəlmanlara məscidlərin və imamların xaricdən maliyyələşməsini qadağan edir.
1912-ci ildə yaradılmış qanun Avstriyada İslama rəsmi din statusunu vermişdi. Həmin qanuna Avropada İslamla bağlı nümunə kimi baxılıb.
Yeni qanun layihəsi parlament tərəfindən qəbul olunarsa təsdiq üçün prezidentə göndəriləcək və təsdiq olunduqdan bir ay sonra icrasına başlanılacaq. /
 

Google+ WhatsApp ok.ru