Səudiyyə Ərəbistanından Yəmənin bölünməsi ilə bağlı ilk addım

Yəməndə xalq inqilabı nəticəsində Əhli-Beyt (ə) davamçıları olan Husilərin hakimiyyətə gəlməsindən sonra paytaxt Sənadakı səfirliyini bağlayan Səudiyyə Ərəbistanı səfirliyini yenidən açmağa qərar verib. Amma Səudiyyə Ərəbistanı səfirliyini Yəmənin paytaxtı Sənada deyil bir vaxtlar müstəqil olan Cənubi Yəmənin paytaxtı Ədəndə açacağını bildirib, - “Dunyabulteni”.
 
Yəmənin cənubunda yerləşən Ədən şəhəri Ənsarullah Husi Hərəkatına qarşı olan təkfirçi-vəhhabilərin cəmləşdiyi Cənub Hərəkatının və Amerikaya meyilli İslah Partiyasının mərkəzinə çevrilmiş vəziyyətdədir. Yaxın günlərdə Səudiyyə Ərəbistanı rəsmiləri İslah Partiyasının nümayəndə heyəti ilə Ər-Riyadda görüşüb. Bu görüşdən sonra rəsmi Ər-Riyad Ədəndə səfirlik açmaqla bağlı qərar verib.
Diplomatik mənbələr Səudiyyə rəsmilərinin Husilərə qarşı Yəməndəki siyasi qüvvələr ilə siyasi və maddi mənada dəstəkləmək üçün intensiv danışıqlar apardığını bildirir.
 
Qeyd edək ki, Cənubi Yəmənlə Şimali Yəmən 1990-cı ildə birləşmə ilə bağlı qərar verənə qədər Ədən Cənubi Yəmənin paytaxtı olub. deyerler/
 

Google+ WhatsApp ok.ru