Ayətullah Məhdəvi Kəninin səhhəti yaxşılığa doğru gedir

İslam aləminin tanınmış aliminin səhhəti getdikcə daha da yaxşılaşır.
 
Ayətullah Kəninin yaxınlarının bildirdiyinə görə, onun sağlamlığı ilə məşğul olan heyətin üzvləri dəyişib və heyət hazırda Ayətullah Xameneinin müşaviri Əliəkbər Vilayətinin nəzarəti altında fəaliyyət göstərir. 
 
Onlar həmçinin onun sağlamlığı ilə bağlı məlumat verərək bildiriblər ki, “Nəfəsi ilə bağlı problemlər həll olsa da, beyindaxili narahatçılıqları hələ qalmaqdadır. Lakin ümumi formada yaxşıya doğru irəliləməkdədir.”
 
Artıq bir neçə müddətdir ki, İranın “Xubrəqan məclisi”-nin rəhbəri Ayətullah Məhdəvi Kəni səhhəti lə bağlı xəstəxanaya yerləşdirilib.İslamazeri

Google+ WhatsApp ok.ru