Ayətullah Məhəmmədrza Kəni Tehranın cənubunda dəfn edildi

Cənazə namazında dövlət rəsmiləri də iştirak edib

Ötən gün İslam İnqilabının Rəhbəri  Ayətullah Xameneyinin imamlığı altında  cənazə namazı qılınıb.

Cənazə namazında prezident Həsən Ruhani, Nəzarət Şurasının Rəhbəri  Ayətullah Əhməd Cənnəti, Məsləhət Şurasının rəhbəri  Əli Əkbər Haşimi Rəfsəncani və digər rəsmilər iştirak edib.

Xatırladaq ki, Ayətullah Məhəmməd-Rza Kəni iyunun 4-də ürək tutması səbəbiylə komaya düşüb və oktyabrın 22-də dünyasını dəyişib. /

 

Google+ WhatsApp ok.ru