Ayətullah Qasimin evinə yenidən polis basqını olub

Bəhreynin ən böyük İslam alimlərindən sayılan Ayətullah İsa Qasimin evinə yenidən basqın edilib. Maide.az xəbər verir ki, Bəhreyn Fikir Birliyi İcması hücumdan sonra mövzuyla əlaqədar bir bəyanat yayaraq, Xəlifə xanədanına sadiq əsgərlərin onlarca əsgərlə Şeyx Qasimin evinə basqın təşkil edərək, evə ciddi zərər verdiyini açıqlayıb.
 
Bəhreynin paytaxtının qərbində yerləşən əl-Diraz bölgəsində olan Ayətullahın evinin basılması xalqın qəzəbli şəkildə küçələrə tökülməsinə səbəb olub.
 
Əl-Vəfa Cəmiyyətinin Şura Məclisinin rəhbəri Seyid Cəmil Kazim verdiyi açıqlamada, Ayətullah Qasimin evinin basılmasının, xalqın istəklərinə qarşı olan yanlış cavab kimi qiymətləndirib.
 
Digər tərəfdən Bəhreynin böyük din alimlərindən Seyid Abdulla əl-Gareyfi bu cümə namazını hər kəsin Ayətullah Qasimin arxasında qılmasını və digər bütün cümə namaz vaxtlarının ləğv edilməsini istəyib. O, "Bu cümə namazına qatılmaq, hər kəsin boyun borcudur. Hər kəsin qoşulmasını tələb edirəm; çünki bu bir vəfa göstəricisidir", - deyib.
 
Xatırladaq ki, son bir həftə ərində artıq bu Ayətullah Qasimin evinə ikinci polis basqınıdır.

Google+ WhatsApp ok.ru