Ayətullah Nimr edam qərarına etiraz etrdi; işə yenidən baxılacaq

Ərəbistanın "ər-Riyad" qəzetinin xəbərinə görə, ərəbistanlı tanınmış İslam alimi Ayətullah Şeyx Nimr Baqir ən-Nimr haqqında verilən edam qərarına etiraz edib. Bundan sonra cəza yenidən nəzərdən keçirilmək üzrə kassasiya məhkəməsinə göndərilib.
 
Maide.az xəbər verir ki, Şeyx Nimrin məhkəmə qərarı etirazına beş hakim tərəfindən yenidən baxılacaq.
 
Qeyd edək ki, Ayətullah Nimr haqqındakı edam qərarı Ər-riyad məhkəməsi tərəfindən baş prokurorun bir sıra saxta ittihamları əsas göstərilərək verilmişdi.
 
Ərəbistan prokuroru 25 mart günü məzhəb fitnəsi yaratmaq, məhbuslarla gizli görüşlər keçirmək, təhlükəsizlik güclərinin öldürülməsini təşviq və təhrik etmək, Cümə namazı zamanı məscidlərə hücum təşkil etmək və başqa ölkələrin daxili işlərinə qarışmaq kimi bir sıra yalan iddialarla bu böyük alim haqqında edam qərarı verilməsini istəmişdi.

Google+ WhatsApp ok.ru