Ayətullah Şirazi: `İŞİD`in `İslam dövləti` olaraq tanıdılması ABŞ-ın oyunudur

“ABŞ və Qərb ölkələrinin terrorçu təşkilatı "İslam dövləti" olaraq təqdim etməsi qəbul edilməzdir”
Maide.az-ın “Shafaqna”-ya istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının Dini Elmi Mərkəzi Qum şəhərində açıqlama verən tanınmış mərceyi təqlid Ayətullah Nasir Məkarim Şirazi “İŞİD” terror təşkilatının "İslam dövləti" olaraq adlandırılmasını ABŞ-ın oyunu və tələsi olduğunu söyləyib.
  “İŞİD” terror təşkilatının cinayətlərinə və vəhşi əməllərinə toxunan Ayətullah Məkarim Şirazi deyib ki, “İŞİD” dövlət olmadığı kimi həmdə  islam dini ilə heç bir əlaqəsi yoxdur.
 ABŞ-ın və Qərb ölkələrinin “İŞİD”i "İslam dövləti" olaraq tanıtmasına etiraz edən Ayətullah Məkarim Şirazi, terror təşkilatının adının bu cür adlandırılmasının arxasında islam dininə zərbə vurmaq planlarının olduğunu bildirib.
/
 

Google+ WhatsApp ok.ru