İndoneziyada on il əvvəl baş vermiş dəhşətli sunaminin qurbanlarının xatirəsi anılıb

İndoneziyanın Açex əyalətinin sakinləri 2004-cü ilin dekabrında Hind okeanında baş vermiş sunaminin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçiriblər. Maide.az xəbər verir ki, anım mərasimi sunami nəticəsində dağılmayan yeganə məsciddə keçirilib.
 
Həmin təbii fəlakət nəticəsində 220 min insan həlak olub və ya itkin düşüb.
 
Dekabrın 25-də beş mindən çox insan bu əyalətin mərkəzi şəhəri olan Banda Açexdəki məsciddə toplaşıb. Təbii fəlakətdən Açex əyaləti digər rayonlara nisbətən daha çox zərər çəkib, burada 160 min nəfər həyatını itirib.
 
Faciə zamanı 27 yaxınını itirmiş bir qadın bildirib ki, baş verənləri sanki dünən olubmuş kimi aydın xatırlayır.
 
2004-cü il dekabrın 26-da Sumatra adasının sahillərində güclü zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində əmələ gələn nəhəng dalğalar Hind okeanında Cənub-Şərqi Asiyadan tutmuş Şərqi Afrikayadək geniş bir ərazini əhatə etmişdi.

Google+ WhatsApp ok.ru