Ayətullah Sistaninin Kərbəla nümayəndəsindən İraq ordusuna xəbərdarlıq: `Çox diqqətli olun`

Ayətullah Sistaninin müqəddəs Kərbəla şəhərindəki nümayəndəsi Əbdül Mehdi Kərbəlayi İraq Orsunun terrorla mübarizəsindən danışaraq aparılan hərbi əməliyyatları təqdir edib.
Deyerler.org "Shafakna"ya  istinadən xəbər verir ki, Ə.M.Kərbəlayi ölkə ərazilərinin terrorçulardan təmizlənməsinə toxunaraq deyib: "Ordumuza üz tutaraq deyirəm: İŞİD-ə, bu əliqanlı terror qruplaşmasına imkan verməyin və ayıq-sayıq olun. Toparlanmaları üçün onlara ən xırda imkanı belə verməyin. Azad olunan bölgələrə terrorçular yenidən qayıda bilər. Buna görə də çox diqqətli olun"./

Google+ WhatsApp ok.ru