Lukaşenko yeni hökümət formalaşdırdı

Belarus prezidenti Aleksandr Likaşenko əsaslı kadr dəyişiklikləri edib.
 
Lukaşenko prezident administarsiyasının rəhbəri Andrey Kobyakovu baş nazir vəzifəsinə təyin edib.
 
Yeni hökümətdə Vladimir Zinovski iqtisadiyyat naziri, Sergey Nalivayko vergilər naziri, Vitali Vovok sənaye naziri, Mikail Juravkov isə təhsil naziri olacaq. 
 
Pavel Kalaur isə Milli Bankın rəhbəri təyin edilib.
 
Bundan başqa baş nazirin bir neçə müavini və “Minsk avtomobil zavodu” kimi iri müəssisələrin rəhbərləri dəyişib.
 
Bu təyinatlar son 5 ildə Belarusda aparılan ən böyük kadr dəyişiklikləri sayılır. ans /

Google+ WhatsApp ok.ru