Ayətullah Qasim Şeyx Salmanın dərhal azad edilməsini tələb edib

Bəhreynin tanınmış din alimlərindən olan Ayətullah Şeyx İsa Qasim hakimiyyətin ölkə daxilindəki gərginliyi azaltmaq və xalq etirazlarını dayandırmaq məqsədilə Əl-Vifaqul İslami cəmiyyətinin lideri Şeyx Salmanı dərhal azad etməsi və üzr istəməsinin lazım olduğunu bildirib.
 
Maide.az xəbər evrir ki, Şeyx İsa Qasim ölkə daxilindəki mitinq və yürüşlərin Əl-Vəfakul İslami cəmiyyətinin lideri Şeyx Salmanın azad olunmasına qədər davam edəcəyini, Bəhreyn xalqının hələ də öz haqlarını müdafiə etməyə sadiq olduqlarını bildirib.
 
Şeyx İsa Qasim bəyanatında həmçinin hakimiyyətin komik ittihamlarla Şeyx Salmanı həbs etdiyini, Şeyx Salmanın fitnəkar və ya terrorçu olmadığını və yalnız xalqı sakitliyə dəvət etdiyini deyib.

Google+ WhatsApp ok.ru