Şeyx Əli Salman barəsində irəli sürülən ittihamlar

Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibinin vəkili Şeyx Əli Salmanın baş prokurorluqdakı sorğusunun başa çatdığını və məhkəməyə göndərildiyini açıqlanıb.
 
Maide.az xəbər verir ki, Şeyx Əli Salmanın vəkili Abdullah Şəmlavi açıqlamasında bunları deyib: "Baş prokurorluq Şeyx Əli Salmanın sorğusunu başa çatdırıb və Salman məhkəməyə göndərilib.
 
Şəmlavi çıxışında, baş prokurorluğun mühakiməsinin sonunda Şeyx Əli Salman haqqındakı ittihamları elan etdiyini vurğulayıb.
 
Şeyx Əli Salman haqqındakı əsas ittihamlar belədir:
 
1. Qeyri-qanuni ifadələrlə siyasi hökuməti dəyişdirməyə çalışmaq.
 
2. Qəbilə ayrı-seçkiliyi etmək və bu yolda təhrikedici ifadələr işlətmək.
 
3. Gizli şəkildə qanunlara qarşı hərəkət etmək və xalqı cinayətkarlığa həvəsləndirmək.
 
4. Daxili İşlər Nazirliyinə iftira atmaq.
 
Şeyx Əli Salmanın vəkili müvəkkilinin bütün ittihamları rədd etdiyini vurğulayıb. Şəmlavi daha sonra Əl-Vəfaq baş katibinin girov müqabilində sərbəst buraxılması barədə vəsatət qaldırdıqlarını deyib.

Google+ WhatsApp ok.ru