Ayətullah Məkarim Şirazi səud müftisinə cavab verdi

Ayətullah Məkarim Şirazi radikal sələfilərin indiki ən böyük problemlərindən birinin İslamın dəyər, prinsip və qanunları olan fiqh, üsul və etiqadı inanclardan xəbərsiz olmalarından irəli gəldiyini söylədi.
 
Maide.az xəbər verir ki, Ayətullah Məkarim Şirazi, "düşmənlərimiz bizə qarşı birləşərək ayırmağa və separatizm yaratmaq arxasınca olduğundan, bu gün biz müsəlmanların vəhdət və sıx münasibətə olan ihtiyacımız həmişəkindən daha çoxdur", - deyib.
 
Ayətullah Məkarim Şirazi vəhdət kəlməsini bu şəkildə xarakterizə edib: "Vəhdət sözünün əsl mənası birgə olduğumuz nöqtələr üzərində, məsələn İslam, Quran, İslam Peyğəmbəri və (s) Kəbə kimi məsələlərə kürəyimizi söykəmək və digər məzhəblərin müqəddəslərini təhqir etməməkdir. Müqəddəsləri təhqir benzin kimidir. Benzini necə odun üstünə tökəndə yanırsa, müqəddəs dəyərlərə təhqir qardaş davasını qızışdıraraq, müsəlmanları məhv aparır."
 
Səudiyyə Ərəbistanının baş müftisinin Peyğəmbərimizin (s) mübarək mövludu münasibətilə keçiriləcək təntənələrin haram olduğuna dair verdiyi fətvaya toxunan Ayətullah Məkarim Şirazi belə deyib: "Bu şəxslər mübarək mövlud həftəsi kimi tədbirlərin keçirilməsini bidət hesab edirlər. Halbuki, bidətin mənasının çox açıq və dəqiq olmasına baxmayaraq, onlar bu nöqtəyə diqqət etmirlər. Bidətin həqiqi mənası, dində olmayan bir şeyi dinə zorla salmaqdır. Məsələn, Peyğəmbərin mübarək mövludunun, "Quran və sünnədə olmadığına görə qeyd edilməsi haramdır", - deyilməsi kimi, amma bizlər ürfi bir tətbiqi, ağıl və məntiq çərçivəsində hörmətdən ötrü, Allah Rəsulu (s) üçün belə bir tədbir təşkil etdiyimizdən, gördüyümüz iş bidət mənasını daşımır. İnsanlar bütün dünyada uşaqları üçün, böyük bildikləri insanlar üçün ad günü tədbirləri keçirirlər. Heç kim də doğum günü təbrik edənlərə, "ey, ad günü qeyd etməyin, Quran və sünnədə yeri yoxdur, niyə belə bir tədbir keçirirsiniz", - deyə sual vermir. Elə isə, adət baxımından mövlud tədbiri keçirmək çox normal bir davranışdır.
 
Əgər biz Peyğəmbərin zamanında olmayan, ancaq ürfdə yeri olan şeyləri bidət saysaq, ilk növbədə Məscidul Haram və Məscidun Nəbinin binasını və minarələrini bidət olaraq qəbul etməliyik. Çünki Peyğəmbərin (s) vaxtında belə bir şey yox idi. Yaxud da indi keçirilən Quran yarışları, Quranı tərtil və ya müxtəlif məqamlarda oxumaq, bunların heç biri Peyğəmbərimizin (s) zamanında yox idi, o halda bütün bunlar bidət sayılmalıdır."
 
Ayətullah Məkarim Şirazi münaqişə və təfriqəninnin ifrat və radikal düşüncələrdən qaynaqlandığını və onların kökünün qurudulması lazım olduğunu vurğulayıb.

Google+ WhatsApp ok.ru