İran ABŞ-la Cenevrədə, Rusiya ilə Tehranda danışıqlar aparacaq 09 Yanvar 2015 02:00 Dünya Rusiya xarici işlər nazirinin müavini, bu ölkənin İranın nüvə proqramı ilə bağlı müzakirələrdəki nümayəndəsi Sergey Ryabkov yanvarın 12-də Tehrana səfər edəcək. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin müavini Abbas Əraqçi deyib. A.Əraqçi bildirib ki, S.Ryabkov nüvə məsələləri ilə bağlı ikitərəfli danışıqların aparılması üçün Tehrana səfər edir. Onun sözlərinə görə, rusiyalı nazir müavini Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə də görüşəcək. A.Əraqçi qeyd edib ki, M.C.Zərif yanvarın 14-də Cenevrədə amerikalı həmkarı Con Kerri ilə görüşəcək: "Daha sonra yanvarın 15-17-də Cenevrədə İran və ABŞ nümayəndələri arasında XİN rəhbərlərinin müavinləri səviyyəsində görüşlər keçiriləcək. Yanvarın 18-də İran və "5+1" ölkələri arasında müzakirələr başlayacaq". Xatırladaq ki, İran və dünyanın altı lider dövləti 2013-cü il noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişə nail olublar. Tərəflər Cenevrədə özündə İrana qarşı nüvə sanksiyalarının bir qədər yüngülləşdirilməsini ehtiva edən birgə fəaliyyət planı imzalayıblar. 2014-cü il yanvar ayının ikinci yarısından isə həmin planın icrasına başlanılıb. Hazırda hərtərəfli razılıq üçün İran və "altılıq" ölkələri arasında danışıqlar davam etdirilir. Qeyd edək ki, "altılığ"a ("5+1" qrupu) Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya daxildir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi danışıqlarda "3+3" qrupunun əlaqələndiricisidir. / Teqlər : #İran ABŞla Cenevrədə,#Rusiya ilə Tehranda danışıqlar aparacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Məkarim Şirazi səud müftisinə cavab verdi Fransada məscidə qarşı daha bir çirkin hücum
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO