Ayətullah Əl-Üzma Seyid Əli Hüseyn Sisitani İŞİD-lə döyüşən iraqlılara müraciət edib

Ayətullah Əl-Üzma Seyid Əli Hüseyn Sisitani İŞİD-lə döyüşən iraqlılara müraciət edib.
 
Maide.az-ın verdiyi xəbərə görə, o İslam düşmənləri ilə döyüşlərdə İmam Əlinin (ə) müharibə meydanlarında göstərdiyi xüsusi əxlaq və ədəb qaydalarını örnək götürülməsinin vacibliyini vurğulayıb. "Fitnələtdən çəkinin və onları yatırmağa çalışın", - deyə yaraqlılara müraciət edən Ayətullah Sisitani onlara 20 tövsiyyə verib:
 
-Bismilləhir Rahmənir Rahim.
 
Müharibə və cihad meydanlarında vuruşmaq üçün Allah-Təalanın tövfiq verdiyi əziz döyüşçülərimiz bunları bilməlidir:
 
1.Cihad Allah-Təalanın dində buyurduğu vacibatlarındandır və mücahidlərin məqamı çox ucadır. Cihad zamanı yerinə yetirilməsi lazım olan xüsusi qayda-qanunlar var. Bunlara riayət edənlər bu məqamın fəzilətlərindən bəhrələnəcək, əks halda isə əməllərinizin mükafatı olmayacaq.
 
2.Cihadın öz qanunları var. Peyğəmbər(s) müharibələrdən əvvəl döyüşçülərinə bu qaydalara riayət etməyi tapşırıb. İmam Sadiq(ə) buyurub: "Allahın rəsulu əsgərlərinə yaşlıları, qadın və uşaqları öldürməyi qadağan edib və hətta zərurət halı olmadıqda ağaclara belə ziyan toxunulmamasını tapşırıb".
 
3. İslam düşmənlərinə qarşı vuruşmada da xüsusi əxlaq qaydaları vardır. Bu məsələ yalnız İmam Əli (ə) ardıcılı olanlardadır.
 
4. Döyüş zamanı günahsız insanların qanını tökmək böyük günahdır. Quran bu haqda bizə çoxlu xəbərdarlıq edib. İmam Əlinin (ə) Malik Əjdərə yazdığı məktub buna aşkar dəlildir. İmam günahsız qətllər törədənlərin Allahın məhkəməsində cəzasının ağır olacağını bildirib.
 
5. Sizinlə döyüşməyən insanlara, qocalara, uşaqlara və qadınlara toxunmayın. Hətta onların ailəsində sizinlə vuruşanlar olsa belə. İmam Əli(ə) xəvariclərlə müharibədə onların ailələrinə aman verdi.
 
6. Bilin ki, kəlməyi-şəhadət deyən hər bir kəs müsəlmandır. Onun malı və qanı toxunulmazdır. Hətta bəzi bidət və azğınlığa düçar olmasına baxmayaraq. Əlbəttə bu bidətlər onların kafir olmasına səbəb olmamalı və dindən çıxarmamalıdır. Belə insanların öldürülməsi də qisas məqsədiylə olmamalıdır.
 
7. Başqa dində və məzhəbdə olanları incitməyin. Onlar müsəlmanların yanında amanda olmalıdır. Kim onlara hörmətsizlik etsə xaindir və öz dininə xəyat etmiş olur.
 
8. İnsanların mallarını qarət etmək özünə od qazanmaqdır.
9. İstər əl, istər istərsə də dil ilə təhqirlərdən uzaq olun. Başqalarının sözü ilə hökm verməyin. Çünki bu təcavüz sayılır.
 
10. Sizinlə döyüşməyənlərin hüquqlarını qoruyun.
 
11. Sizinlə vuruşanların əksəriyyəti başqaları tərəfindən aldadılıb. Əvvəl onlara nəsihər edin. Nəticə olmasa sonra öldürün.
 
12. Ədalətlə zülmün qarşısının alınmasına heç kəs şəkk etməsin.
 
13. Ən çətin anlarda belə nəfsinizə hakim olun.
 
14. İnsanlara dəstək olun. Hətta düşmənlərinizin ailələrinə belə yardım edin. Onlarla mehriban davranın, bilin ki, Allah sizin bütün əməllərinizdən xəbərdardır.
 
15. Namazlarınızda diqqətli olun. Allah yanında heç bir əməl namaz qədər əhəmiyyətli deyil.
 
16. Allahı çox zikr edin. Quran oxuyun.
 
17. Həm döyüşdə, həm də sakit şəraitdə Peyğəmbər(s) və İmamların əxlaqını nümayiş etdirin. İslamda şəhadət ağıl və əxlaqa söykənir.
 
18.Təhlükə zamanı tələsik addım atmayın. Nizam-intizama riayət edin. Doğru yolda olduğunuza diqqət edin.
 
19. Başqalarına nəsihət etməzdən əvvəl öz əməllərinizə baxın. Bir-birinizin səhvlərini keçin.
 
20. Allah insanları yaradıb və müxtəlif millətlərə ayırıb. Heç vaxt özünüzü onlardan üstün tutmayın.
 
Beləliklə fitnələrdən çəkininin və bunlara əməl etməyə çalışın.

Google+ WhatsApp ok.ru