ABŞ-da müsəlman ailəsi supermarketdə hücuma məruz qalıb

Maide.az-ın verdiyi məlumata görə, Amerikanın  Miçiqan ştatının Dirborn şəhərində  supermarketdə müsəlman ailəsi islamafobların hücumuna məruz qalıb.
 
Belə ki, qızı və oğlu ilə marketə girən kişi ağdərili amerikalılar tərəfindən aqressiv hücumlara məruz qalır. Rasitlər əvvəlcə kişini və uşaqlarını təhqir edir, onları «terrorçu» adlanır, qıza isə «başındakı əski parçasını aç» deyə qışqırırlar.
 
Dələduzlar kişini yumruqlamağa başlayırlar. Lakin ata tərəfindən ciddi müqavimətlə qarşılaşırlar. Oğlu da atasını tək qoymur və hücumlara qarşılıq verməyə çalışıb. Maraqlıdır ki, mağaza əməkdaşları  bu qarşıdurmada dələduzları yox, kişini tuturlar. Quldurlar isə öz növbəsində kişini döyməyə davam ediblər.
 
Şahidlərin sözlərinə görə, onlar polis sirenasının səsini eşidən kimi  hadisə yerindən qaçıblar: «Supermarketin yeri qan içində idi, qurbanlar isə şok vəziyyətində olublar».
 

Fox 2 News Headlines

Google+ WhatsApp ok.ru