Ayətullah Kaşani: `Qərb Lozanna anlaşması ilə İranın nüvə hüquqlarını rəsmən tanıyıb`

Maide.az xəbər verir ki, İranın Lozanna danışıqlarında əldə etdiyi uğurlar barədə bu gün Tehranın cümə namazı xətibi Ayətullah İmami Kaşani danışıb. O, "Bu bəyannamənin məzmunu ilə bağlı, bəyannamənin yalnız ümumi bir çərçivə ehtiva etdiyi və detalların yer almadığı fikirindəyəm. Qərb, bu bəyanat ilə İran xalqının dinc nüvə enerjisindən istifadə haqqını rəsmi şəkildə tanımaq məcburiyyətində qaldı. Qərb dünyası daha əvvəl bu haqqı inkar edirdi, amma müzakirə heyəti, Qərbin bu haqları tanıması lazım olduğunu vurğuladılar. Bu bəyanat, özü ilə sanksiyaların qaldırılmasını gətirəcək. Qərb, sanksiyaların təxirə salınmasını istəyirdi. Amma bu bəyanatda bütün sanksiyaların qaldırılması lazım olduğu bildirilir. Sanksiyaların necə qaldırılacağı isə gələcək müzakirələrdə araşdırılacaq", - deyib.
 
Ayətullah çıxışının davamında isə "Ali Lider Ayətullah Xameneinin yeni il müraciətində də qeyd etdiyi kimi, Müqavimət İqtisadiyyatının tətbiqinə böyük əhəmiyyət veriblər. ABŞ prezidenti də açıqlamasında Ayətullah Xameneinin nüvə silahından istifadənin haram olması ilə bağlı fətvasına diqqət çəkdi. İran ilk gündən bəri nüvə silahı arxasınca deyildi və Obamanın bu mövzudakı bəzi terminləri istifadə etməsi doğru deyil. İran əgər bu gün danışıqlar masasına oturubsa, Qərb tərəfindən tətbiq olunan sanksiyaların uğurlu olmasına görə deyil. Ölkəmiz, İran xalqının hər zaman məntiqli insanlar olduqları və Qərb tərəfin zalım olduğunu göstərmək məqsədi ilə danışıqlar masasına əyləşib" söyləyib.

Google+ WhatsApp ok.ru