Ayətullah Sistani: `Qapılarınızı qardaşlarınıza açın!`

Maide.az-ın İraq saytlarına istinadən verdiyi məlumata görə, Ayətullah Seyid Əli Sistani Əl-Anbar vilayətindən Kərbəla və Nəcəf şəhərlərinə gələn miqrantlara bölgə xalqının yardım etmələrini istəyib.
 
Ayətullah Sistani belə deyib: "Əl-Anbar xalqı hamımızın qonağıdır. İmkanı olanlar bu qardaşlarına qapılarını sona qədər açsın. Evinizi və yeməyinizi onlarla bölüşün".
 
Məlumata görə Ayətullah Sistaninin bu tövsiyəsindən sonra Sədr səmtində bir qrup könüllü evlərini Əl-Anbardan gələnlər üçün açaraq, onlara qalacaq yer və ərzaq yardımı verib. Həmçinin Bağdad sakinləri tərəfindən də Əl-Anbar xalqı üçün ərzaq və səhiyyə yardımları mərkəzləri yaradılıb.

Google+ WhatsApp ok.ru