Ayətullah Xameneinin ofisi: Şənbə Fitr bayramıdır 16 İyul 2015 01:00 Ramazan Bu gün Şəvval ayının ayı görsənmədi və buna görə iyul ayının 17-i Ramazan ayının 30-cu günüdür. Bunu Ali Lider Ayətullah Seyyid Əli Xameneinin ofisi yanında ayın müəyyən edilməsi üzrə komitə məlumat verib. Bu barədə Maide.az İranın Fars xəbər agentliyinə istinadən məlumat verir. Məlumatda bildirilir ki, şənbə günü (iyul ayının 18-i) Fitr bayramı günüdür. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də Ramazan bayramı namazının vaxtı ilə əlaqədar açıqlama yayıb. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bayram namazı Azərbaycanda da iyulun 18-də qılınacaq. / Teqlər : #Ayətullah Xameneinin ofisi: Şənbə Fitr bayramıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ramazan ayının 30-cu gününün duası Fitrə zəkatının çıxarılma qaydası və kimlərə verilməlidir