Ayətullah Xamenei Əfqanıstan və Hindistan rəsmilərini qəbul edib

 
Ali Rəhbər  Ayətullah Seyyid Əli Xamenei bu gün Hindistanın baş naziri Narendra Modini qəbul edib.
 
Maide.Az  xəbər verir ki, görüşdə Ayətullah Xamenei İran və Hindistan xalqları arasında çox uzun və tarixi mədəni və iqtisadi əlaqələrin olduğunu  vurğulayıb və bildirib ki, İran və Hindistan arasında əlaqələrin inkişafı üçün geniş potensial var. “İran İslam Respublikası dünyada yeni və inkişaf etməkdə olan iqtisadiyyata sahib olan Hindistanla iqtisadi əlaqələri inkişaf etdirməyi alqışlayır. Əldə olunan iki tərəfli  razılıqların icrasında ciddidir. Neft və qazdan  başqa necəki sizdə bu məsələyə toxunduz Çabahar limanı şərq-qərb və şimal-cənub dəhlizi üzrə ən önəmli dəhlizlərdəndir.Bu liman  dərin, uzun müddətli və faydalı əməkdaşlıq üçün zəmin yarada bilər. 
 
Ayətullah Xamenei Qərb ölkələrinin dırnaqarası terrorizmlə mübarizə koalisiyalarına Hindistanın qoşulmamasını alqışlayıb və bu ölkənin düzgün siyasət yürütdüyünü bildirib. " İran və Hindistan digər bir əməkdaşlıq sahəsi  terrorizmlə həqiqi mübarizə aparmaq ola bilər. Ona görə ki, bəzi Qərb ölkələri  terrorizmlə mübarizədə ciddi deyillər.  Onlar Əfqanıstanda terrorçu cərəyanlar və İraq və Suriyada terrorçu qruplaşmaların  formalaşmasında rol oynayıblar."
 
Ayətullah  Xamenei bildirib ki, terrorizmlə mübarizəni müsəlman ölkələri aparmalıdır. “Əlbətdə bu mübarizədə  Qərb və Amerika siyasətlərinə tabe olmayan  İslam ölkələri iştirak etməlidir . Ona görə ki, Qərb və Amerikanın  terrorizmlə ciddi mübarizə etmək niyyəti yoxdur. 
 
 
Ali Rəhbər Ayətullah  Seyyid Əli  Xamenei  bu gün həmçinin  Əfqanıstan prezidenti  Əşrəf Qənini qəbul edib. 
Görüşdə Ayətullah  Xamenei bildirib ki, İran İslam Respublikası həmişə Əfqanıstanın təhlükəsizliyini təmini və məsləhətinə olan şeylərə diqqət edib və edir.  Əfqanıstanın  inkişafını bütün sahələrdə öz inkişafımız bilirik.  “Əfqanıstan  xalqı  qorxmaz, zəkavətli və qeyrətli  xalqdır. Əfqanıstan iki böyük nemət olan  təbii sərvətlər və işçi qüvvəsi nemətinə sahibdir.Bu iki nemətə və sərvətdən istifadə etməklə bütün sahələrdə inkişaf əldə edə bilər.
 
Ayətullah Xamenei  müharibə dövründə İran xalqının Əfqanıstan xalqına qarşı qonaqpərvərliyini xatırladıb və deyib ki, İran İslam Respublikası Amerika və ingiltərənin əksinə olaraq həmişə  Əfqanıstan xalqı ilə hörmətlə davranıb və qardaş kimi görüb.Əfqanıstnın inkişafı üçün  texniki, mühəndislik və infrastruk təminatı  sahələrində bütün imkanlarında istifadə etməklə yardımedir.
 
Ayətullah Xamenei Əfqanıstan və İran  arasında  sərhəd çayları məsələsinə də toxunub və bildirib ki, bu kimi məsələlər  müştərək  mədəniyyət  və ehtiyacları olan iki qonşu  ölkə arasında narahatlıq yaradan məsələyə çevrilməməlidir. 
 
 

Google+ WhatsApp ok.ru