Ayətullah Xamenei 10-cu İslam Şura Məclisinin işə başlaması münasibətilə müraciət ünvanlayıb

Ali Rəhbər Ayətullah Xamenei 10-cu İslam Şura Məclisinin işə başlaması münasibətilə parlament üzvlərinə müraciət ünvanlayıb:
 
Maide.Az xəbər verir ki, müraciətdə deyilir:
 
İran xalqı çox əhəmiyyətli seçkilərdə maksimum fəallıqla İslam Respublikası quruluşuna qədim beyətini (sədaqət andını) növbəti dəfə təkrarladı və bu aydın dillə bədxahlara cavab verdi.
 
Siz möhtərəm qardaş və bacılar qanunvericilik və nəzarətdən ibarət olan vəzifənizi hikmət, düşüncə, ixlas, paklıqla yerinə yetirib Allah və xalq qarşısında başıuca ola bilərsiniz.
 
Region və dünyada tufanlı durum, imperialistlər və əlaltılarının macəraçılığı İran İslam Respublikasını keçmişdəkindən mürəkkəb vəziyyətlə üzbəüz qoyub. Mövcud şərait qarşısında duruş üçün məsulların ayıqlıq, iradə, məharətinə ehtiyac var. Məclisi imperializmin fitnələri, həyasız istəkləri qarşısında səngərə, mömin və inqilabçı xalqın dayaq nöqtəsinə çevirmək sizin vəzifənizdir... 
 
Möhtərəm nümayəndələri Allaha təvəkkül, qadir Allahın vədlərinə hüxnizənə, Allahın doğru yolunda ardıcıllığa çağırıram. Milli maraqları siyasi qanad maraqları, şəxsi maraqların kölgəsində qoymaqdan çəkinin.

Google+ WhatsApp ok.ru