Ayətullah Xamenei ehtiyaclı məhbusların azadlığa buraxılmasına pul ayırdı

Ayətullah Xamenei ehtiyaclı məhbusların azadlığa buraxılmasına pul ayırdı

Ali Rəhbər Ayətullah Seyyid Əli  Xamenei  ehtiyaclı məhbusların azad edilməsinə yardım məqsədilə 3 milyard riyal yardım edib.
 
Maide.Az xəbər verir ki, Ayətullah Xameneinin ofisindən verilən məlumata görə, ehtiyaclı məhbusların azadlığa qovuşması üçün ölkədə  qeyd olunan Qolrizan festivalı ilə əlaqədar olaraq, Ali  Rəhbər Ayətullah Xamenei Allahın bəyəndiyi bu xeyirli iş üçün 3 milyard rial məbləğində maddi vəsait ayırıb.
Qolrizan bayramı Ehtiyaclı Məhbuslara Yardım İctimai Birliyinin təşəbbüsü, rəsmilərin və xeyriyyəçi insanların iştirakı ilə hər il mübarək Ramazan ayında Tehranda və ölkənin digər şəhərlərində keçirilir. 
Bu pullarla məhbusların azadlığı üçün əngəl olan təzminat və cərimələr ödənir.
 (İranda hər bir dollar təqribən 34000 riyaldır)
 

Google+ WhatsApp ok.ru