Ayətullah Xameneinin imamətliyi ilə Fitr bayramı namazı qılındı -FOTO- YENİLƏNİB

Ayətullah Xameneinin imamətliyi ilə Fitr bayramı namazı qılındı -FOTO- YENİLƏNİB

Fitr namazı  Ali Rəhbər Ayətullah Seyyid Əli Xameneinin  imamətliyi ilə bu gün Tehranda İmam Xomeyni (rə) adına  müsəllada  qılındı. 
 
Maide.Az xəbər verir ki,  Ali Rəhbər Ayətullah Xamenei bayram namazının xütbələrində Iran xalqını və böyük İslam ümmətini mübarək Fitr bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək xalqa əzəmətli Ramazan ayında əldə etdiklərini, xüsusilə də bu ayda toplamağa müvəffəq olduqları nurla dolu təqva ehtiyatını qoruyub-saxlamağı tövsiyə etdi.
 
Ayətullah Xamenei Qüds günündə oruc tutan şəxslərin mitinqlərdə aktiv iştirakına görə onlara təşəkkür etdi və bəzi dövlətlərin Fələstin məsələsində sükütünü qınadı.  “İran xalqı  Fələstin məsələsini yaşatmaq üçün dünyanın qarşısında durmağa hazırdır.”
 
Ayətullah Xamenei  çıxışının digər hissəsinə bildirib ki,  düşmənlər  ölkənin gənc nəsli üçün  planlar cızır və onları  dindən ayrı salmağa çalışır amma şükürlər olsun ki, xalq onları naümid edir. 
 
Ayətullah Xamenei  Ramazan ayında baş vermiş terror hadisələrinə toxunub və bildirib ki, təssüflər olsun ki,  bəzi ölkələrdə insanların bayramı əzaya çevrildi.  “Bağdadda yalançı İslamı insanlar arasında geniş yaymaq istəyənlərin əli ilə bir neçə yüz ailə əzizlərini itirdi və terror qrubanı oldu.   İstanbulda,  Banqladeşdə  Ramazan ayı günlərində insanlar oruc olaraq terror hücumlarına məruz qaldılar.  Bu Amerika və İngiltərə casusluq təşkilatları vasitəsi ilə  terrorçu yetişdirmənin nəticəsidir. Əlbətdə onların özləri də ziyan görəcəklər və artıq görürlər”. 
 
Ayətullah Xameni bəzi ölkələrdə müharibə alovunun  geniş vüsət alamasından təssüfləndiyini ifadə edib və deyib ki, insan İslam dünyasında  bu vəziyyətin yaranmasına görə narahat olur. “Yəməndə bir il 3 aydır ki,  insanlar bombaların altındadırlar. Afərin Yəmən xalqına, ona görə ki,  Qüds günündə oruc olaraq, isti havada və boba yağışının altında  geniş miqyaslı mitinq keçirdilər”. 
 
Ayətullah Xamenei  təkfirçi qrupların terror hücumlarını Fələstin məsələsini unutdurmaq üçün baş tutduğunu vurğulayıb. “İstəyirlər İslam dünyasının diqqətini öz daxili problemlərinə yönəltsinlər ki,  sionist rejim üçün imkan yaransın. Fələstinin azadlığı üçün mübarizə İslami mübarizədir və təkcə Ərəblərin mübarizəsi deyil. Dünyanın hər bir nöqtəsində  bu mübarizəni hər hansı bir formada davam etdirmək müsəlmanların vəzifəsidir."
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru