Ayətullah İsa Qasim və İslam alimləri bəyanat verdi

Ayətullah İsa Qasim və İslam alimləri bəyanat verdi

Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreynin nüfuzlu liderlərindən olan Ayətullah İsa Qasim və digər İslam alimləri ölkədəki siyasi təzyiqlərə etiraz edən bəyanat yayıb.

Bəyanatı Ayətullah İsa Qasim ilə birlikdə 3 İslam alimi də imzalayıb.

Bəyanatda deyilir: "Mehriban və bağışlayan Allahın adı ilə. Biz Bəhreyndə yaşayan şiələr olaraq inancımızın təhlükə altında olduğunu görürük. İnancımıza qarşı yönələn hücumların dayandırılmasını tələb edirik".

Qeyd edək ki, Ayətullah İsa Qasim bir müddət əvvəl Bəhreyn kralı tərəfindən vətəndaşlıqdan çıxarılıb. Bəhreyn kralının qərarı ölkədə etirazlara səbəb olub. /

Google+ WhatsApp ok.ru