Rus mafiyası skandalı: FSB generalı həbs etdi

Rus mafiyası skandalı: FSB generalı həbs etdi

Moskvadakı İstintaq Komitəsinin Baş İstintaq İdarəsində Federal Təhlükəsizlik Xidməti axtarış aparır.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat artıq İstintaq Komitəsinin generalı Denis Nikandrovun FTX tərəfindən həbs edildiyini bildirib.
 
Komitədə axtarışın bir müddət öncə həbs edilmiş rus mafiyasının lideri Zaxariya Kalaşovun işi ilə bağlı olduğu deyilib.
 
Qeyd edək ki, Kalaşov “Elements” restoranının sahibindən külli miqdarda pul tələb edilməsi ilə bağlı açılan cinayət işiylə əlaqədar tutulub.
 
Zaxariya Kalaşov Tiflisdə anadan olub. O, əslən yezidi kürddür. Kalaşov 2005-ci ildə İspaniya polisinin rus mafiyasına qarşı keçirdiyi xüsusi əməliyyatdan canını qurtara bilib. Lakin sonradan 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək, İspaniyaya ekstradisiya edilib. Həbsdən azad edildikdən sonra yenidən Rusiyaya qayıdıb. O, 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra rus mafiyasının əsas lideri hesab edilir. İddialara görə, Kalaşov hətta Ded Xasanın əsas əleyhdarlarından biri olan Rövşən Lənkəranski haqqında da ölüm qərarı çıxarıb.
 
Kalaşov Rusiya kəşfiyyatı ilə də çalışıb. İspaniya prokuroru Xose Qrindanın iddiasına görə, məhz Rusiya hərbi kəşfiyyatının istəyi ilə Kalaşov Türkiyədəki vəziyyətin destabilizasiyası üçün bu ölkədəki kürdlərə illeqal silah verib. /

Google+ WhatsApp ok.ru