Ayətullah İsa Qasimin məhkəməsi yenidən təxirə düşdü 27 Fevral 2017 02:00 Dünya Ali Xəlifə rejimi məhkəməsi Bəhreyn İslami Hərəkatının rəhbəri Şeyx İsa Qasimin qanunsuz mühakiməsinin davamında məhkəməni martın 14-ə kimi təxirə salıb. Maide.Az xəbər verir ki, Ali Xəlif rejim məhkəməsi elan etmişdi ki, bu gün Şeyx İsa Qasimin sonuncu məhkəməsi keçiriləcək. Qeyd edək ki, fevralın 25-də Bəhreyn ruhaniləri bəyanat yayaraq, xalqı ölümə qədər Ayətullah İsa Qasimi müdafiə etməyə çağırmışdı. Ayətullah İsa Qasimə qarşı hər hansı axmaqlığın baş verməsi barədə xəbərdarlıq edən ruhanilər bildirib: “Ölkədə dinə olan təcavüzün sonlandırılmasını, xalqın tələblərinə cavab verməyə və məntiqlə iş görməyə dəvət edirik. Xalqımız sübut edib ki, milli və məzhəbi liderlərinin müdafiələri uğrunda canlarından keçməyə də hazırdı. Ayətullah İsa Qasimin məhkəməsi gecəsi (sabah) kütləvi halda "Cəfər Təyyar" namazının qılınmasını xahiş edirik”. Xatırladaq ki, Ali Xəlif rejimi məhkəməsi Şeyx İsa Qasimi, çirkli pulların yuyulması kimi əsassız və qərəzli ittihamlarla da ittihamlandırır. Bu rejim müxaliflər və siyasi fəalların vətəndaşlıqdan məhrum edilməsi məsələsində dünyada birinci yerdədir. Teqlər : #Ayətullah İsa Qasimin məhkəməsi yenidən təxirə düşdü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Moskvada məktəbdə yanğın: 700 nəfər təxliyə edilib İran təlimlərdə ən yeni qanadlı raketi sınaqdan keçirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO