İran təlimlərdə ən yeni qanadlı raketi sınaqdan keçirib

İran təlimlərdə ən yeni qanadlı raketi sınaqdan keçirib

Sınaq Vilayət-95 adlı genişmiqyaslı hərbi təlimlər çərçivəsində baş tutub
 
İran hərbi qoşunları Hərbi Dəniz Qüvvələrinin genişmiqyaslı təlimləri çərçivəsində ən yeni qanadlı raket olan "Nəsr"i sınaqdan keçirib.
 
"Report" "Press TV"yə istinadən xəbər verir ki, sınaq İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibulla Səyyarinin əmri ilə dünən başlayan və Hind okeanının şimal hissəsində keçirilən "Vilayət-95" adlı genişmiqyaslı hərbi təlimlər çərçivəsində baş tutub.
 
Qeyd edək ki, manevrlər üçün təxminən iki milyon kvadratkilometr sahə seçilib. /

Google+ WhatsApp ok.ru