Ayətullah Xamenei `Təbiət Həftəsi` münasibətilə bu gün iki ağac əkib - FOTO - YENİLƏNİB

Ayətullah Xamenei `Təbiət Həftəsi` münasibətilə bu gün iki ağac əkib - FOTO - YENİLƏNİB

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün "Təbiət Həftəsi" münasibətilə iki ağac əkmişdir.
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei ağac əkilməsinin önəmindən danışıb və deyib ki, şəhərlərdəki çirkli və tozlu havanın olmasına və onun yaratdığı problemlər əsasən yaşıllıqların az olmasından qaynaqlanır. “Ölkənin iqlim şəraiti və səhralığın olmasını nəzərə alaraq yaşıllıqların qorunması daha çox önəm kəsb edir”.
 
Ali Rəhbər ölkənin müxtəlif növ dərman bitkiləri və ölkənin şimalındakı meşəliyi İran üçün olduqca böyük və həyati əhəmiyyətli təbii resurs adlandırıb və deyib: “Ölkənin şimalındakı meşəliklər dünyada mövcud olan unikal meşəliklərdəndir. Lakin bəzi tacirlər milli mənafeni diqqətə almadan ölkə meşələrini və təbii resurslarını talan edir. Bu meşəlikləri qorumaq lazımdır”. 
 
Ayətullah Xamenei həmçinin ölkə daxilində meyvə istehsalı üçün geniş şəraitin olduğunu və meyvə idxalatına görə təssüfləndiyini bildirib. “Ölkəyə meyvə idxal etmək səhv işdir. Məsul şəxslər zəruri olmadığı halda bu işin qarşısını almalıdır”.
 
Qeyd edək ki, Ayətulah Xamenei bu il alma və gilas ağacları əkib. 
 
Maide.Az fotoları təqdim edir:
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru